Şriftin ölçüsü :

Saytın rəngi :

TƏHSİL İŞÇİLƏRİNİN SENTYABR KONFRANSI KEÇİRİLDİ

14 sentyabr 2018 | 16:00

TƏHSİL İŞÇİLƏRİNİN SENTYABR KONFRANSI

İştirakçılar ilk öncə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyurlar.Konfrans öz işinə ŞİH-nin akt zalında başlayır. Dövlət Himni səslənir.
Sonra Şəhər Təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova tribuna alaraq 2017-2018-ci dərs ilinin yekunlarını ətraflı təhlil edən geniş məruzə edir.
Məruzə ətrafında şəhər 3 nömrəli tam orta məktəbin biologiya müəllimi, “Pedaqoji mühazirələr”- in qalibi Könül Hüseynova, Əkşəm kənd tam orta məktəbini məzunu, 692 balla ali məktəbə daxil olan Gülüstan Abdullayeva, Müəllimlərin İşə Qəbulu imtahanlarında 49 bal toplayan Nərimanabad kənd tam orta məktəbinin müəllimi Tamilla Ələkbərova, Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriliyi Akademiyasının kursantı Rəşad Ələsgərov çıxış edirlər.

Təhsil İnstitutunun direktor müavini, görkəmli alim Ənvər Abbasov konfransda milli təhsilin yeni metodlarına həsr olunan çıxışında, həm də Yevlaxın təhsil nümayəndələrini, tələbələri, valideynləri 15 sentyabr Bilik Günü münasibəti ilə təbrik edərək, onlarla ən xoş arzularını paylaşır.
Konfransda ŞİH Başçısının müavini Elnarə Məmmədova rayonun təhsil işçilərini ŞİH Başçısı Qoca Səmədovun və öz adından Bilik Günü münasibəti ilə ürəkdən təbrik edir, müəllimlərə və tələbələrə yeni tədris ilində uğurlar arzulayır.Toplantının sonunda ali məktəblərə qəbul imtahanlarında 600-dən və 500-dən çox bal toplamış məzun- lara ŞİH-nin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunur.

(Konfransın gedişi barədə daha ətraflı məlumatla qəzetimizin 2-ci, 3-cü səhifəsində tanış ola bilərsiniz)

Keçidlər