Şriftin ölçüsü :

Saytın rəngi :

İNKİŞAFA HESABLANMIŞ SİYASƏTİN UĞURLARI

17 iyul 2018 | 16:00

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Dövlətimizin başçısının iclasdakı çıxışı hesabat dövrünün aydın mənzərəsini əks etdirirdi.

Prezident bildirdi ki, aprel ayında keçirilmiş Prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verirdi: “Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla  irəliyə aparaq. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir”.
Xarici siyasətimizin uğurlarından danışan Prezident qeyd etdi ki, bu ilin altı ayında bu sahədə böyük işlər görülüb, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilib.
Dövlətimizin başçısı qeyd etdi ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələy qalxıb: “Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlayıb. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hükumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktubda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbyacan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək”.
Ölkəmizdə əvvəlki illərdə və bu il aparılan islahatların gözəl nəticələr verdiyini vurğulayan Prezident ilin birinci yarısının inkişaf göstəricilərini diqqətə çatdırdı.
Kənd təsərrüfatı 7.6 faiz artıb. Bitkiçilik 14 faizdən çox artıb. 67 min yeni iş yeri yaradılıb. Onlardan 58 mini daimi iş yeridir.

Xarici siyasət dövriyyəsi 35 faiz artıb. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. İlin əvvəlindən valyuta ehtiyatlarımız da artıb və bu gün ölkəmizin valyuta ehtiyatları  44,3 milyard dollar təşkil edir. İlin sonuna qədər bu rəqəm daha da böyüyücək. Bu, onu  göstərir ki, biz çox inamla inkişaf edirik. İqtisadi inkişaf davam etdiriləcək.
Bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik.

Keçidlər