ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLMİŞDİR
MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti may ayının 30-da Şəhər İcra Hakimiyyətinin İnzibati binasında “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirmişdir. Respublikaının 10 rayonunun aidiyyatı dövlət orqanlarının polis, məhkəmə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və rayon ictimiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin Yevlax regional idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Aydın Əliyev “Vətəndaşlıq məsələləri əsas insan hüquqlarından biridir” mövzusunda maarifləndirici məruzə ilə çıxış etmişdir.
Həmçinin tədbir iştirakçılarına Xidmətin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi və müvafiq qanunvericiliyə uyğun digər bu kimi funksiyaların yerinə yetirlməsi ilə bağlı geniş şərh verilmişdir.
Maarifləndirici tədbirdə iştirak edən 27 nəfər sənədsiz və qeydiyyatsız olaraq qeyri-qanuni yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması ilə bağlı konkret tövsiyələr verilmiş, maraqlandıqları suallar ətraflı cavablandırılmışdır.
Tədbirdə iştirak edən Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq idarəsinin rəisi Rza Talıbov mühüm dövlət əhəmiyyətli tədbirin keçirilməsi üçün yaradılan şəraitə və yüksək qonaqpərvərliyə görə şəhər rəhbərliyinə təşəkkürünü bildirmişdir.