YAŞILLIĞA QULLUQ EDİLİR
Havaların yağmurlu keçməsi şəhərin yaşıllıq dünyasına qulluq edənlərin qayğılarını bir qədər də artırıb. Məhz ona görə də mövcud gözəlliyi qorumağa cavabdeh olan Yaşıllaşdırma və İşıqlandırma Müəssisəsinin zəhmət adamları park, bağ, xiyaban və prospektlərdə səliqə- sahman yaratmaq, magistral yol və səkilərboyu çətirlənmiş mövcud dekorativ və bəzək ağaclarına qulluq etmək, qol-budaqlarını budamaq, əraziləri yabanı otlardan təmizləməyə daha çox önəm verirlər. Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və texnikaları isə tullantıları və çır-çırpı qırıntılarını şəhər ərazisindən kənara daşınmasını təmin edirlər.Şəhərin Heydər Əliyev və Nizami porospektlərindəki mövcud yaşıllığa aqronom və bağban qayğısını yekunlaşdıran zəhmət adamları bu dəfə işlərinin ağırlıq mərkəzi kimi Aeroport yolunun ətrafını və Çənlibel qəsəbəsindəki istirahət parkını seçmişlər.
Abadlıq, bağlara qulluq və səliqə-sahman işlərinin aparılmasında həmin ərazilərdə fəaliyyət göstərən idarə, müəssisə, ticarət və xidmət təşkilatlarının təbiətsevərləri də iməcililk yolu ilə yaxından iştirak edirlər.