“AĞ QIZIL”-2018
PAMBIQÇILIĞIN İNKİŞAFINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏ
İyunun 8-də Yevlaxda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu ilin mart ayında Bərdə rayonunda keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilmiş tapşırıqların icrası ilə bağlı “Pambığın becərilməsində aqrotexniki tədbirlərin təşkili” mövzusunda müşavirə keçirilmişdir. Respublika Kənd Təsərrüfatı Nazirliyinin Şəhər Mədəniyyət Mərkəzinin akt zalında düzənlədiyi və rayonun pambıqçılıqla məşğul olan Kənd Təsərrüfatı İdarəsinin, “MKT İK” MMC- nin Yevlax filialının, “Azər Pambıq” MMC-nin nümayəndələrinin, pambıq yetişdirən kəndli-fermer təsərrüfatı rəhbərlərinin, pay torpaq sahiblərinin, o cümlədən icra və bələdiyyə qururmlarının təmsil olunduğu müşavirəni ŞİH Başçısının birinci müavini Qənimət Qaraşov açaraq qonaqları salamlamış, müşavirənin işinə uğurlar arzulamışdır.Sonra “Azərbaycanda pambıqçılığın inkişafı-hədəflər və perspektivlər” mövzusunda geniş məruzə ilə çıxış etmək üçün söz Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbova verilmişdir.
Natiq öz geniş və əhatəli məruzəsində ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən təxirəsalınmaz layihələr və vəzifələri diqqətə çatdırmışdır.
Nazirin müşaviri Şöhrət Vəkilov vaxtilə ulu öndərin respublikaya rəhbərlik etdiyi dövrdə pambıqçılıqda əldə olunmuş əvvəlki şöhrəti bərpa etmək üçün bu sahənin inkişafının elmi əsaslar üzərində qurulduğunu, kifayət qədər ehtiyat və potenisal imkanların üzə çıxarıldığını demişdir.
Naziliyin əməkdaşlarından Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov, Dövlət Fitonəzarət xidmətinin rəis müavini Yaqub Cəfərov bir mütəxxəsis kimi müşavirənin gündəliyində duran mövzu ilə bağlı pambıqçılara maarifləndirici, tövsiyə və həmçinin pambığın becərilməsi qaydalarını əyani surətdə əks etdirən video-görüntülərin köməyi ilə faydalı məsləhət vermişlər.Auditoriyanın çoxsaylı sualları dolğun və əhatəli cavablandırıldıqdan sonra müşavirə iştirakçıları rayonun pambıq sahəsi ilə tanış olmuş, burada ilkin aqrotexniki becərmənin vəziyyəti ilə maraqlanmış, dərman səpən və kultivasiya çəkən aqreqtaların iş prinsipini izləmişlər.Sonda ümidvar olduqlarını bildirmişlər ki, pambıqçılıq sahəsində becərmə işləri bu templə və keyfiyyətlə davam etdirilərsə cari ildə Yevlax pambıqçıları istədikləri hədəfə çatacaqlar.