MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI
Ulu öndərin diqqət və qayğısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə Meliorasiya və Su Təsərrüfatı işçilərinin peşə bayramı kimi tarixə düşmüş 5 iyun gününü rayonumuzda birdən-birə həmin ASC-yə tabe olan beş təşkilat təntənə ilə qeyd edir. Böyük əməkçi kollektivini özündə birləşdirən Yuxarı Qarabağ, Yuxarı Şirvan Kanalı İstismarı, Şirvan Meşə Meliorasiya, Suvarma Sistemləri və “Melioservis” idarələrinin kollektivləri növbəti ənənəvi peşə bayramlarını şəhərin baş meydanına gələrək ulu öndərin abidəsi önünə əklil və təzə-tər gül dəstələri düzüb, önündə xatirə şəkli çəkdirməklə qeyd etdilər. Tədbir iştirakçıları həmçinin elə oradaca Prezident İlham Əliyev cənablarının sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq bilinmiş həmkarları-Yuxarı Şirvan Kanalı İstismarı İdarəsinin rəisi İlyas Səfərovu səmimi qəlbdən təbrik edərək, onun sevincinə şərik olmaqla bu etimadı layiqincə doğruldacaqlarını bildirdilər.