Şriftin ölçüsü :

Saytın rəngi :

FERMERLƏRLƏ GÖRÜŞ

01 iyun 2018 | 16:00

May ayının 25- də Azərbaycan Aqrar Universiteti  şəhərimizin Kənd Təsərrüfatı İdarəsində “Elmin yeni nailiyyətlərinin, müasir innovativ texnologiyaların kənd təsərrüfatında tətbiqi, bu sahədə maarifləndirmə işlərinin aparılması, alimlərlə fermerlər arasında əlaqələrin möhkəmləndirilməsi” mövzusunda Yevlaxda fəaliyyət göstərən torpaq sahibləri, fermerlərlə görüş keçirmişdir.

30 qədər kəndli-fermer təsərrü- fatı rəhbərinin iştirak etdiyi gö- rüşü rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Zakir Rzayev açmışdır. Sözügedən Aqrar Universitetin müəllimlərindən, texnika elmləri doktorları Ziyad Abbasov, Camaləddin Məmmədov, Şahlar Babayev, texnika üzrə fəlsəfə doktorları Nazim İsmayılov, Mirnayib Mirsalahov və Həbib Zeynalov görüşdə iştirak etmişlər.
Fermerlər qarşısında çıxış edən texnika elmləri doktoru, professor Ziyad Abbasov bildirdi ki, Yevlaxda torpaq sahələrinin şoranlaşması artır, onları yenidən əkin dövriyyəsinə qaytarmaq üçün torpaqlar yuyulmalıdır. Gələcəkdə yeni xətlər vasitəsilə torpağın şoranlaşmaya məruz qalmış üst qatı tamamilə yuyulacaq.Şoranlaşmanın qarşısını almaq üçün yeni innovativ texnologiyalardan istifadə edilməlidir.Sonra isə böyük və kiçik təsərrüfatlarda əkin işləri uğurla aparıla bilər.Alimlər vurğuladılır ki, əsas olan qrunt sularının axıdılmasıdır.Aqrar Universitetin mütəxəssisləri 30-a yaxın fermerlə bu problemləri müzakirə etmişlər. Kənd təsərrüfatı mütəxəssisləri fermerləri narahat edən digər məsələləri də qeydiyyata alıblar.

 

Keçidlər