Şriftin ölçüsü :

Saytın rəngi :

ƏFV OLUNANLARIN MİNNƏTDARLIĞI

01 iyun 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AXC-nin 100 illiyi münasibəti ilə daha bir humanizm prinsipi nümayiş etdirərək mayın 24-də əfv sərəncamı imzalamışdır.

Bu humanist sənədə əsasən ölkə üzrə 634 müxtəlif cəzalara məhkum olunmuş şəxslər cəzadan azad edilmişdir. Prezidentin   sərəncamına uyğun olaraq əfv edilmiş məhkumların 4 nəfəri Yevlax Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatında olmuş şəxslərdir. Həmin məhkumların 3 nəfəri islah işləri, 1 nəfəri  isə şərti məhkum etmədən azad edilmişlər.
Mayın 25-də Yevlax Rayon  İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Rəşad Əliyev əfv olunan həmyerlilərimizdən Xəyal Qardaş oğlu Abdullayev, Rafiq Şamil oğlu Abdullayev, Əli Əhməd oğlu Ələsli və Füzuli Qulam oğlu Əmiraslanovu möhtərəm Prezidentimizin yüksək insani və ədalətli sərəncamı ilə yenidən sağlam cəmiyyətə  adaptasiya olunduqları münasibəti ilə təbrik  etmiş, hər birinə şəxsi həyatında uğurlar  arzulamışdır.

Əfv olunanlar çıxış  edərək  ölkə  başçısına özləri və ailələri adından  dərin təşəkkürlərini ünvanlamış və bu etimadı əməli işləri ilə doğruldacaqlarına söz vermişlər.
Görüşun sonunda şöbə rəisi onlara məhkumluqdan azad edən təmizlik sənədi təqdim etmişdir.

Keçidlər