Şriftin ölçüsü :

Saytın rəngi :

9 MAY QƏLƏBƏ GÜNÜNDƏ

09 may 2018 | 16:00

MÜHARİBƏ İŞTİRAKÇILARINI TƏBRİK ETMİŞLƏR

Çoxmillətli Sovet ordusunun sıralarında rəşadətlə vuruşaraq 73 il bundan  öncə alman-faşist işğalçıları üzərində qazandıqları şanlı qələbənin sevincini yaşamış yevlaxlı həmyerlilərimizdən bu günümüzə yalnız 7 nəfəri sağ qalmışdır.Möhtəşəm qələbinin ildönümü günü mayın 9-da Yevlax Şəhər İcra Hakimiyəti Başçısı Aparatının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış  üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi polkovnik Elxan  Heydərov, şöbənin əməkdaşı Elçin Cabbarov və respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının Yevlax şəhər filialının sədri, ehtiyatda olan kapitan Rövşən Məmmədovdan ibarət nümayəndə heyəti  hədiyyə və gül-çiçək buketləri ilə qəhrəman keçmişimizin yadigarlarının görüşünə gedərək onları təbrik etmiş, acılı-şirinli müharibə xatirələrini  dinləmiş, hər birinə möhkəm cansağlığı arzulamışlar.

Keçidlər