Şriftin ölçüsü :

Saytın rəngi :

Ordun varsa yurdun var

28 mart 2018 | 16:00

ƏSGƏRLƏRİN BAYRAMINI TƏBRİK ETMİŞLƏR

Novruz bayramı günlərində orduda xidmət edən əsgər və zabitlərimiz də unudulmamışdır. Həmin gün şəhər rəsmilərindən, mədəniyyət, təhsil və bir sıra ictimai xidmət təşkilatlarının üzvlərindən ibarət nümayəndə heyəti hərbi  hissələrin qonağı olmuşlar. Çeşid-çeşid bayram sovqatlı, hədiyyə, nəğmə və musiqi   çələngi ilə qruplara bölünərək müxtəlif hərbi hissələrdə qulluq edən əsgərlərimizin bayramı şənliyinə qatılan qonaqları hər yerdə böyük sevinclə qarşılamışlar. Nümayəndə heyətinin rəhbərləri  ilk öncə çıxış edərək hissənin şəxsi heyətini bayram münasibətilə  təbrik  etmiş, Vətənin müdafiəsi kimi son dərəcə məsuliyyətli və şərəfli xidməti vəzifələrində onlara uğurlar arzulamış, döyüş və taktiki hazırlıqda  fərqlənən əsgərlərə hədiyyələr təqdim  etmişlər.
Hərbi hissələrdə ordu ilə xalqımızın həmrəyliyinin  inikası olan bayram tədbiri mədəniyyət  işçilərinin  əlvan  proqramlı çıxışları ilə daha da rövnəqlənmişdir.

 

Keçidlər