Şriftin ölçüsü :

Saytın rəngi :

FAYDALI VƏ TƏLİMATİ GÖRÜŞ

27 mart 2018 | 16:00

Azərbaycan  Respublikası Vergilər  Nazirliyi Yevlaxda 11 Saylı Ərazi   Vergilər Departamentinin əhatə etdiyi şəhər və rayonlardan gəlmiş vergi ödəyiciləri ilə görüş keçirmişdir.

Mədəniyyət Mərkəzinin nəzdindəki Şəhər Yaradıcılıq Evində baş tutan görüşü 11 saylı Ərazi Vergilər Departamentinin vergi ödəyicilərinə xidmət və şəffaf  vergi partnyorluğu  idarəsinin direktoru  Qüdrət  Məmmədov  açmışdır.
Sonra  vergilər  nazirinin müşaviri Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Ələkbər  Məmmədov görüşün mahiyyəti barədə iştirakçılara məlumat vermişdir. Qeyd  etmişdir ki, vergilər naziri cənab Mikayıl Cabbarov fevralın 13-də Bakı şəhərində sahibkarlarla keçirilmiş görüşdə vergi siyasətinin əsas  istiqamətləri, vergi sistemində şəffaflığın təmin edilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili və müasir vergi inzibatçılığının formalaşdırılmasının vacibliyi kimi nüanslara toxunmuş, dəyərli fikirlər səsləndirmişdir. Həmçinin vurğulamışdır ki, vergilər naziri həmin görüşdə qeyd olunan məsələlərin birbaşa vergi ödəyicilərinə çatdırılması və ərazi vergi orqanlarının əməkdaşlarına müvafiq tapşırıqların verilməsi məqsədi ilə nazirliyin rəhbər vəzifəli şəxslərinin regionlara ezam olunmasının zəruriliyini diqqətə çatdırmışdır. Bu görüşdə də  başlıca məqsəd Vergilər Nazirliyinin vergi  sistemində  həyata keçirdiyi şəffaflığın təmin edilməsinə və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsinə xidmət edən göstəriş, tələb  və  müraciətləri ilə sizi tanış  etməkdir. Onu da unutmaq olmaz  ki, ölkə iqtisadiyyatının əsas şaxələrindən olan vergi sistemində şəffaflığı təmin etmək  hər birimizin yüksək  vətəndaşlıq  borcudur və burada xüsusilə vergi intizamına, qarşılıqlı etimad prinsiplərinə riayət olunmalıdır.

Faydalı, işgüzar  və  maarifləndirici  əhəmiyyət kəsb edən təlimati  görüşdə iştirakçıları maraqlandıran  sualları Vergilər Nazirliyinin əməkdaşlarından Hüseyn Əhməd, Namiq  Dərgahov, 11 Saylı Ərazi Vergilər Departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Zaur Adilov və başqaları cavablandırmışlar.

Keçidlər