AZƏRBAYCAN JURNALİSTLƏRİNİN ALİ MƏCLİSİ OLDU
27 mart 2018 | 16:00
Bu günlərdə Bakıda Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildi. Qurultayın nümayəndələri arasında qəzetimizin baş redaktoru, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı da vardı.
Ölkə mediasının keçdiyi yol, uğurları və çətinlkiləri, həmçinin gələcəyi, qarşısında duran vəzifələrlə bağlı ətraflı məruzələrin söyləndiyi, müzakirələrin getdiyi qurultayda baş yazarımız da çıxış edib. O, əsasən region mətbuatı, onun bugünkü durumu, problem və çətinlikləri, onların aradan qaldırılması yolları haqqında danışıb.