31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Şəhid övladları üçün tədbir keçirildi
30 dekabr 2022 | 17:13
Yevlax Şəhər İcra Hakimiyyəti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin 4-cü Yevlax Regional Şöbəsi tərəfindən 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Şəhid övladlarının iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev Şəhid övladlarını 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etdi. Qeyd etdi ki, Şəhidlərimizin övladları atalarının yadigarlarıdır. Həmçinin bildirdi ki, Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri olduğunu qeyd etdi. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır. Bu tarixin rəsmiləşdirilməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ümummilli Liderin müdrik siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə qeyri-adi fədəkarlıq nümunələri göstərir.
Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xal-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin 4-cü Yevlax Regional Şöbəsinin rəisi polkovnik İlqar Xıdırov çıxış edərək qarşıdan gələn gəlişi münasibətilə Şəhid ailələrini təbrik etdilər.
Şəhid ailələri çıxış edərək göstərilən diqqət və qayğını,onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, göstərilən yüksək diqqət və qayğıya görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Tədbirdə Yeni il personajları olan Şaxta baba və Qar qızla şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar oxuyub, müxtəlif nağıl qəhrəmanları ilə xoş zaman keçiriblər. Şəhid övladlarına hədiyyələr təqdim edilib.