Şriftin ölçüsü :

Saytın rəngi :

QURBAN BAYRAMI TƏNTƏNƏ İLƏ QEYD OLUNDU

27 oktyabr 2012 | 15:00

Bu gün adət-ənənələrimizin layiqincə yaşadılmasına dövlət qayğı göstərir. Dövlətimizin başçısının hər il Qurban bayramı öncəsi xalqa ünvanlanmış təbriki də bunun nümunəsidir.
23 oktyabr 2012-ci il tarixdə imzaladığı təbrikində ölkə başçısı xalqımızı təbrik edir, ən xoş arzularını çatdırır.
Hər il olduğu kimi Qurban bayramı şəhərimizdə yenə də xüsusi təntənə ilə qeyd edildi. Hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov şəhərin Cümə məscidinə toplaşan mərasim iştirakçılarını Qurban bayramı münasibətilə təbrik etdi.
Bu bayramın müqəddəsliyindən, ululuğundan söhbət açdı. Bildirdi ki, bu bayram insanları haqqa, ədalətə çağırır, milli-mənəvi həmrəyliyi artırır.
Həmin gün müxtəlif kateqoriyadan və sosial müdafiəyə ehtiyacı olan 1500-dən artıq insana qurban əti paylandı.

 

Keçidlər