Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ

25 yanvar 2018 | 16:00

Yanvarın 25-də Şəhər İcra Hakimiyyətində “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda seminar keçirilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkil etdiyi seminarı Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov  açaraq iştirakçıları  salamlamış, geniş müzakirə mövzusu olan məsələnin aktuallığını və əhəmiyyətini vurğulamış, ölkəmizdə qadın  hüquqlarının  qorunmasına  və qadın  əməyinə  verilən  yüksək  dəyərdən  danışmışdır.
Dövlət rəsmilərinin, idarə- müəssisə və xidmət  təşkilatlarının maddi-məsul  şəxslərinin,  həmçinin qadın və qızların təmsil olunduğu seminarda Dövlət  Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyev çıxış etmişdir.   Natiq öz çıxışında ötən dövrdə ölkəmizin qadın hüquqlarının müdafiəsi sahəsində Beynəlxalq Əmək Təşkilatının “Əmək  və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”, “Bərabər dəyərli əməyə görə kişilərə  və qadınlara bərabər  haqq verilməsi haqqında”, “Kişi  və qadın işçilər-ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında”, “Analığın mühafizəsi haqqında” konvensiyalara qoşulduğunu, ölkəmizin əmək qanunvericiliyində  həmin sənədlərdən irəli gələn vəzifələrin uğurla həyata keçirildiyini vurğulamışdır. Çıxışçı həmçinin Yevlax. Goranboy, Naftalan rayonlarını və Mingəçevir şəhərini əhatə edən 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisindəki ayrı-ayrı işəgötürənlərin və qadın işçilərin iştirakı ilə keçirilən tədbirlərin maarifləndirmə məqsədi daşıdığını  demişdir.Seminarda iştirak edən 8 nömrəli region üzrə Dövlət əmək müfəttişliyinin rəisi  Alik Mövlayev, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, YAP Yevlax   rayon təşkilatının aparat rəhbəri  Əli Quliyev, Şəhər  Təhsil  Şöbəsinin  müdiri  Zərifə Məmmədova, “Azinterbiznes” MMC-nin Chinar Spa Naftalan filialının baş həkimi Şahin Babayev və başqalarının çıxışlarında ölkəmizdə qadınlar da kişilərlə bərabər hüquqlara malik olduqları, həmçinin qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsinin heç də ayrı-seçkilik kimi qəbul edilmədiyi kimi fikirlər öz əksini tapmışdır.Sonda Əmək Müfəttişliyinin mütəxəssisləri və məsləhətçiləri iştirakçıların suallarını ətraflı cavablandırıraq, onlara maarifləndirici bukletlər paylamışlar.

Keçidlər