EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ YEVLAXDA VƏTƏNDAŞLARI QƏBUL ETDİ
21 dekabr 2017 | 16:00
Dekabr ayının 21-də respublikanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov şəhərimizdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Yevlax, Mingəçevir, Ağdaş, Goranboy, Naftalan, Qəbələ, Oğuz və İsmayıllı şəhər və rayonlarının vətəndaşlarını qəbul etdi.Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi, onların narazılığına səbəb olan halların aradan qaldırılması və qanunvericiliyə uyğun həlli istiqamətində Nazirliyin aidiyyatı qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verdi.