DEPUTATLAR VƏ AFFA NÜMAYƏNDƏLƏRİ YENİYETMƏ FUTBOLÇULARLA ƏNƏNƏVİ GÖRÜŞ KEÇİRMİŞLƏR
Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il ərəfəsində millət vəkillərindən həmyerlimiz İlham Məmmədov, AFFA-nın vitse prezidenti Rauf Əliyev, Sabir Hacıyev və AFFA-nın Uşaq-gənclər futbol federasiyasının baş katibi Kərim Ağayev şəhərimizdəki əyləncəli uşaq futbol məktəbində olmuşlar.
“Karvan” futbol klubunun köməkçi stadionunda düzənlənən tədbiri Şəhər Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev açmışdır.
Tədbirdə mllət vəkilləri, AFFA-nın birinci vitse prezidenti Rauf Əliyev, İlham Məmmədov, Sabir Hacıyev və YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edərək balaca futbolçuları qarşıdan gələn əlamətdar və tarixi günlər münasibətilə təbrik etmiş, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Azərbaycanda idmanın, xüsusilə futbolun inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan danışmış, buna misal olaraq Ağdamın “Qarabağ” komandasının Avropa liqasındakı uğurlu çıxışlarını göstərmişlər.
Sonda qonaqlar iştirakçıların təntənəli alqışları altında özləri ilə gətirdikləri idman geyimlərini balaca futbolçulara paylamış, məktəbə futbol topu hədiyyə etmiş, böyük futbola gedən yolda onların hər birinə uğurlar arzulamış, birlikdə xatirə şəkli çəkdirmişlər.