RAYONDA BİTKİÇİLİK MƏHSULLARININ YIĞIMINA VƏ PAYIZLIQ DƏNLİ BİTKİLƏRİN ƏKİNİNƏ DAİR MƏLUMAT
Yevlax rayonunun iqtisadiyyatında kənd təsərrüfatı prioritet sahədir. Taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, bostançılıq və heyvandarlıq iqtisadiyyatda aparıcı rol oynayır.
Daha bir önəmli fakt isə ondan ibarətdir ki, cari ildə də kənd təsərrüfatı istehsalçılarına dövlət tərəfindən birdəfəlik olaraq maddi yardım göstərilmişdir. Kənd təsərrüfatı məhsulları istehsal edən hər bir istehsalçıya, fərdi sahibkarlara və torpaq mülkiyyətçilərinə 50 manat yardım edilirsə, bu rəqəm buğda istehsalçıları üçün ikiqat artaraq 100 manat, pambıq istehsalçılarına isə hər kq pambıq üçün 0,10 manat təşkil edir.
2017-ci ilin məhsulu üçün payızlıq və yazlıq bitkilərin əkin sahəsi 30691,5 hektar təşkil etmişdir ki, bu da 2016-cı ilə nisbətən 0,5 faiz çox payızlıq və yazlıq bitkilər əkilməsi de- məkdir. Keçən il bu göstərici 30545 hektar olmuşdur.
2017-ci ilin məhsulu üçün payızlıq və yazlıq bitkilərin növləri üzrə əkin sahəsi
Yuxarıda göstərilən cədvələ nəzər salsaq görərik ki, Dövlət dəstəyindən və yardımından məqsədyönlü bəhrələnən kənd təsərrüfatı əməkçiləri özləri üçün qazanc gətirən bitkiçilik məhsullarını əkməkdə daha çox maraqlıdırlar.
2017-ci ilin 11 ayı ərzində əkin sahələrindən 36709 ton payızlıq dənli və dənli-paxlalı bitkilər – o cümlədən 1174 ton qarğıdalı, 1519 ton dən üçün günəbaxan, 2435 ton kartof, 3658 ton tərəvəz, 2160 ton bostan məhsulları, 2295 ton üzüm, 9646 ton meyvə toplanmış və barama tədarükü isə 5,6 ton olmuşdur.
Artıq məhsul yığımı yekunlaşmışdır.
2018-ci ilin məhsulu üçün isə sahələrdə payızlıq dənli bitkilərin əkini davam edir. 1 dekabr 2017-ci il tarixədək dən üçün 9227,1 hektarda taxıl, o cümlədən 4803 hektarda buğda, 4424,1 hektarda isə arpa səpini aparılmışdır.