Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON ŞAHMATÇILARININ PARTİYANIN YUBİLEYİNƏ TÖHFƏSİ

16 noyabr 2012 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü ilə əlaqədar olaraq YAP Yevlax Rayon Təşkilatı rayon məktəbliləri arasında şahmat üzrə yarışın final mərhələsini keçirdi.
Tədbiri giriş sözü ilə Yevlax şəhər Şahmat məktəbinin drektoru Teymur İsgəndərov açaraq turnirin gedişi və oyunun qaydaları haqqında məlumat verdi.
Sonra YAP Yevlax Rayon Təşkilatının aparat rəhbəri Əli Quliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixi haqqında geniş nitq söylədi.
Natiq əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun ölkə başçısı,

Partiyanın Sədri İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışdı.
O, Azərbaycanın modern dövlət səviyyəsinə yüksəldilməsi ilə insanların bu partiyaya olan inamının daha da möhkəmləndirilməsini partiyanın ən böyük uğuru kimi qiymətləndirərək 20 ilin hər gününün ölkəmizin həyatında əhəmiyyətli olduğunu vurğuladı.
Daha sonra çıxış edən YAP Yevlax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Əminə Yusifqızı Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi və turnirin keçirilməsi münasibəti ilə iştirakçıları təbrik etdi. O, Yeni Azərbaycan Partiyasının ölkənin siyasi sütunu olmaqla cənab Prezidentimizin ideyalarının həyata keçirilməsində əzmlə çalışan ən mütəşəkkil təşkilatdır,- fikrini xüsusi vurğuladı.
Sonda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının böyük referenti Vaqif Əliyev ölkə başçısının gənclərə göstərdiyi qayğıdan danışdı. YAP Yevlax Rayon Təşkilatının idmanın inkişafına göstərdiyi diqqəti yüksək qiymətləndirdi.
Sonda 3 yer üzrə qaliblər və ən kiçik yaş qrupunda fərqlənən qız və oğlan şahmatçılar YAP Yevlax Rayon Təşkilatının qiymətli hədiyyələri və fəxri fərmanları ilə mükafatlandırıldı.

«KÜR»

 

Keçidlər