SOSİAL TƏRƏFDAŞLIĞA HƏSR OLUNMUŞ TƏLİMATİ-SEMİNAR
Noyabrın 23-də Rayon Məşğulluq Mərkəzinin geniş iclas zalında keçirilmiş təlimati-seminar “Dövlət məşğulluq xidməti orqanlarının fəaliyyətində sosial tərəfdaşların rolu” mövzusuna həsr olunmuşdur. İdarə-müəssisə, təşkilat, xidmət, özəl və sahibkarlıq subyektlərinin kadrlar üzrə müfəttişlərinin, mühasiblərin, həmkarlar ittifaqları təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri Mərkəzin direktoru Vaqif Məmmədov açmışdır.
Aktual movzunun müzakirəsinə həsr olunmuş maarifləndirici tədbirin əhəmiyyəti barədə açıqlama verən natiq möhtərəm Prezidentimz İlham Əliyev cənablarının ölkə əhalisinin sosial rifah halının, məşğulluq səviyyəsinin daha da yüksəldilməsi istiqamətində qəbul etdiyi qərar, imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində sosial tərəfdaşlarla əlaqəli fəaliyyətin, birgə əməkdaşlığın zəruriliyindən danışmışdır. Qeyd etmişdir ki, Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Dövlət Məşğulluq İdarəsi məhz ölkə başçısının qarşıya qoyduğu mühüm və təxirəsalınmaz vəzifələrin layiqincə yerinə yetirilməsini başlıca priorteti seçib Və belə mütərəqqi iş üsulu ilə fəaliyyət göstərmək yerli orqanlardan da qətiyyətlə tələb olunur. Sizi dəvət etməkdə məqsədimiz boş,vakant və yeni açılmış iş yerləri barədə Rayon Məşğulluq Mərkəzinə kompüter və elektron poçt vasitəsilə hesabat, məlumat və bəyannamələrin vaxtında verilməsi sahəsindəki məsuliyyətinizi və rolunuzu bir daha izah etməkdir. İş yerlərinin bilərəkdən gizlədilməsi və bu kimi məlumatların mərkəzə çatdırılmasının qəsdən ləngidilməsi qüvvədə olan əmək qanunvericiliyinə ziddir və həmin qanunvericiliyi pozanlar məsuliyyət daşıyırlar. Ona görə də üzərinizə düşən vəzifənin məsuliyyətini dərk etməklə sizi Rayon Məşğulluq Mərkəzi ilə şəffaf sosial tərəfdaşlığa qoşulmağa çağırıram.
Natiq çıxışında sosial tərəfdaşlıq sahəsində fərqlənən idarə – müəssisələrdən Suvarma Sistemləri İdarəsinin, Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Yaşıllaşdırma və İşıqlandırma Müəssisəsinin və “Gilan-Dəri” MMC-nin adlarını çəkməklə yanaşı digər təşkilatların nümayəndələrini də onlardan nümunə götürməyi tövsiyə etdi.
Mərkəzin İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun müdiri Adil Tağızadə işəgötürənlərin “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq əmək münasibətlərini tənzimləyən əmək müqavilələrinin (kontraktların) şərtlərinə əməl etməli olduğundan danışmış, istehsalatın dayandırılması və ya işçilərin sərbəstləşdirilməsi zərurəti yarandıqda onların müdafiəsi üçün kollektiv müqavilələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin, işəgötürənlərin işçilərlə əmək müqaviləsi bağlamalarının vacibliyni diqqətə çatdırmışdır.
Təlimati-seminara yekun vuran Mərkəzin direktoru Vaqif Məmmədov Suvarma Sistemləri İdarəsinin kadrlar üzrə müfəttişi Mirvari Qasımovaya Mərkəzlə səmərəli əməkdaşlığına görə qiymətli hədiyyə dəqdim etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.