DÖVLƏTƏ PAMBIQ TƏDARÜKÜ DAVAM EDİR
Havaların qeyri-əlverişli keçməsinə baxmayaraq rayonumuzun “ağ qızıl” becərənləri sahələrdən bir an da olsun ayaqlarını çəkmir, məhsulu son qozasınadək toplayıb tədarük məntəqələrinə təhvil verməyi davam etdirirlər.
Noyabrın 28-də daxil olmaq şərtilə mövsümün əvvəlindən pambıq plantasiyalarından 3025 ton 38 kiloqram qiymətli el sərvəti yığılmışdır. Həmin məhsulun 2522 ton 498 kiloqramı “MKT-Yevlax” filialı tərəfindən tədarük edilmişdir. Noyabrın 28-də “MKT-Yevlax” filialının qəbul məntəqəsinə11 ton 948 kiloqram texniki bitki təhvil verilmişdir ki, həmin məhsulun 1 ton 352 kiloqramı maşınların gücü ilə toplanmışdır.
“Rayon Kənd Təsərrüfatı” MMC- nin xətti ilə pambıq yetişdirənlər də keçən hər gündən səmərəli istifadə edərək mövsümün əvvəlindən noyabrın 28-dək sahələrdən 502 ton 540 kiloqram “ağ qızıl” toplamağa müvəffəq olmuşlar. “Rayon Kənd Təsərrüfatı” MMC noyabrın 28-də tədarük məntəqəsinə 2 ton 520 kiloqram məhsul yola salmışdır.