YEVLAXDA QANVERMƏ AKSİYASI
Noyabrın 25-də Mərkəzi Rayon Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı aksiya keçirdi. Bankın şöbə müdiri Gülarə Abbasova aksiya ilə bağlı əməkdaşımıza bunları söylədi: – Dövlət proqramından irəli gələn və demək olar ki, respublikanın bütün bölgələrini əhatə edən qanvermə aksiyası ilə bağlı Yevlaxa növbəti gəlişimizdir. Aksiya talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara qan vermə məqsədilə keçirilir. Aksiya Bankın işçiləri tərəfindən aparılır. Bu, olduqca humanist bir aksiyadır. Qan bağışlamaqla həyat xilas etmək donorun özü üçün də sağlamlıq nöqteyi-nəzərindən xeyirlidir.Yüksək səviyyədə təşkil olunan aksiyanın ilk iştirakçısı Coşqun Qarayev oldu. Coşqun bildirdi ki, dünəndən aksiyanın keçiriləcəyi ilə bağlı məlumatlıdır. Odur ki, indiki anı səbirsizliklə gözləyib. Hətta gecə növbəsindən çıxmasına baxmayaraq, evə tələsməyib, bura gəlib. Məqsədi qan verməklə talassemiyadan əziyyət çəkən uşaqlara yardım etməkdir.Aksiya gün ərzində davam edib.