Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ

04 dekabr 2017 | 16:00

Bu günlərdə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi şəhərimizdə “Torpaqdan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması” mövzusuna həsr olunmuş maarifləndirici tədbir, işgüzar forum keçirmişdir. Tədbirdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin şəhərimizdəki 8 saylı Ərazi şöbəsinin əməkdaşları, şəhər, kənd, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə  sədrləri, pay torpaq sahibləri, fiziki və hüquqi şəxslər təmsil olunurdular.

Tədbiri ŞİH Başçısının birinci müavini Qənimət  Qaraşov açaraq müasir günümüzlə səsləşən dövlət əhəmiyyətli tədbirin şəhərimizdə  keçirilməsini yüksək dəyərləndirmiş, sözü Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Rafiq Süleymanova  vermişdir.

Komitə rəsmisi “Torpaqdan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlar, onların tələbləri, bu tələblərin pozulması halları və onları yaradan səbəb və şərait barədə” məruzə ilə çıxış etmişdir.

Müxtəlif məsələlərə toxunan natiq onu da qeyd etmişdir ki, dövlətimiz topaq islahatını  həyata keçirərkən ilk növbədə insanların ixtiyarına verilmiş torpaqlardan məqsədyönlü, ölkə iqtisadiyyatının inkişafına və insan həyatı üçün zəruri əhəmiyyət kəsb edən, çoxlu gəlir gətirən ərzaq – ət, süd, bostan-tərəvəz, meyvə məhsullarının və texniki bitkilərin istehsalının artırılmasına xidmət edəcəyini nəzərdə tutmuşdur. Lakin son vaxtlar apardığımız araşdırmalar zamanı  torpaqlardan istifadədə bir sıra ciddi neqativ hallarla rastlaşdıq.

Hamımızı narahat edən qanun pozuntularına qarşı mübarizə məqsədi ilə çox haqlı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “Azərbaycan Respublikasında torpaq  münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalamışdır. Həmin Fərmanın 2-ci hissəsinin 2.8-ci bəndi ilə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsini,aidiyyatı mərkəzi və  yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirlməsini təmin etmək Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə tapşırılmışdır.

Sonda natiq ümidvar olduğunu bildirmişdir ki, bu günkü tədbirin torpaq mülkiyyətçiləri üçün böyük faydası  olacaqdır.

Tədbir iştirakçıların çoxsaylı suallarına aydınlıq gətirilməklə yekunlaşmışdır.

Keçidlər