27.02.2024-cü il tarixdə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti vətəndaş qəbulu keçirilib
27 fevral 2024 | 13:29
27.02.2024-cü il tarixdə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti vətəndaş qəbulu keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti vətəndaş qəbulu keçirib. Qəbul zamanı Şəhər rəhbəri tərəfindən vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər həll olunub, digər müraciətlərlə bağlı isə müvafiq izahatlar verilərək, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.