Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr-Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

27 sentyabr 2025 | 18:31
27 Sentyabr-Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin tərəfindən 27 Sentyabr-Anım Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Silsilə tədbirlərin davamı olaraq şəhər ərazisində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiya zamanı yerli iqlimə uyğun müxtəlif növ ağac və dekorativ gül kolları əkilərək aqrotexiki qulluq göstərilmiş, ərazidə təmizlik və abadlıq işləri aparılmışdır. Həmçinin yeni əkilən yaşıllıqlara qulluq göstərilməsi üçün əraziyə cavabdeh şəxslər müəyyən olunmuşdur.
Yaşıllaşdırma aksiyasının məqsədi ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, həmçinin ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına töhfə verməkdir.
Keçidlər