27 sentyabr - Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilmişdir
27 sentyabr 2025 | 17:25
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 27 sentyabr - Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilmişdir
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhuna ehtiram olaraq şəhid ailələri və qazilər üçün ehsan süfrəsi təşkil olunub. Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Bərdə “Seyid Yusif Ağa” Ziyarətgahının rəhbəri Seyid Səbuhi Yusifov, din xadimləri, din xadimləri, şəhid ailələri və qazilər, veteranlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Mərasimdə Yevlax "Cümə” məscidinin imamı Hacı Eldəniz tərəfindən Ulu Öndərimizin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxunub, Müqəddəs “Qurani-Kərim”dən ayələr səsləndirilib, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin sentyabr ayının 27-də zəfər yürüşünə çıxan Şanlı Ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyini, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğulamışdır.Qeyd etmişdir ki, Cənab Prezidentimizin müvafiq Sərəncamı ilə 27 sentyabr-Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Eyni zamanda qeyd etdi ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikamızın hər yerində olduğu kimi Yevlax rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə, veteranlarına yüksək həssaslıqla yanaşılır, onlara diqqət və qayğı göstərilir.
Sonra çıxış edən Bərdə “Seyid Yusif Ağa” Ziyarətgahının rəhbəri Seyid Səbuhi Yusifov,Vətən Müharibəsi Şəhidi Özal Yusiflinin atası İdris Yusifov, Vətən Müharibəsinin veteranı, istefada olan mayor Bayram Hüseynov çıxışlarında sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun 44 Günlük Vətən Müharibəsindəki Xalqımızın əzmindən, ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olan oğullarımızın şücayətindən, vətənə olan sədaqətindən söz açılıb, onların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı bildirilib. Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyevin dahi rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı ilə qazanılan Şanlı Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunduğu vurğulanıb.
Vətən Müharibəsi Şəhidi Emin Kazımovun azyaşlı övladı Xədicə Kazımlı mərasimdə çıxış edərək Şəhid qızı olaraq atası ilə qürur hissi keçirdiyini, atasının arzularının həyata keçməsi üçün əlindən gələni edəcəyini, dərslərini əla qiymətlərlə oxuyacağını bildirdi. Onlara göstərilən diqqət və qayğıya görə ailəsi adından Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdi.






