Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım günü ərəfəsində Yevlax Şəhidlər Xiyabanında iməclik keçirilib

24 sentyabr 2022 | 12:59
27 sentyabr - Anım günü ərəfəsində Şəhidlər Xiyabanında iməclik keçirilib
 
Yevlax Şəhər İcra Hakimiyyətinin Tədbirlər planına uyğun olaraq 27 sentyabr - Anım günü ərəfəsində şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və Anım gününün layiqincə keçirilməsi məqsədilə Yevlax şəhərindəki Şəhidlər Xiyabanında iməclik keçirilib.
İməclik zamanı Xiyabandakı ağaclara və yaşıllıq sahələrinə qulluq göstərilib, ağacların üzərinə toplanan toz-torpaq yuyulub, onların dibi yumşaldılıb, həmçinin ağacların qurumuş budaqları budanıb. Xiyabandakı şəhid məzarlarının üstü silinib təmizlənib, ərazidə cari təmir, abadlıq və təmizlik işləri görülüb. Həmçinin xiyabandakı elektrik avadanlıqları və naqillər yoxlanılıb, digər lazımi tədbirlər görülüb.
Keçidlər