Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım Günü ərəfəsində bir qrup şəhid ailəsi ilə görüş keçirilib

25 sentyabr 2023 | 20:18
27 sentyabr - Anım Günü ərəfəsində bir qrup şəhid ailəsi ilə görüş keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının rəhbər şəxsləri 27 Sentyabr-Anım Günü ərəfəsində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış bir qrup şəhid ailələrinin üzvləri ilə görüşüb,onları narahat edən məsələləri dinləyiblər.
Görüş zamanı şəhidlərimizin şərəfli həyat yolundan, döyüşlərdə göstərdikləri şücaətdən söhbət açılıb, onların əziz xatirəsi daim uca tutulduğu diqqətə çatdırılıb. Həmçinin, şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib.
Şəhid ailələrinin üzvləri arzu və təkliflərini bildirməklə yanaşı, onlara daim qayğı ilə yanaşan Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər