Şriftin ölçüsü :

Saytın rəngi :

“ƏMƏK YARMARKASI”NDA

21 oktyabr 2017 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Yevlax rayon Məşğulluq Mərkəzi Şəhər İcra Hakimiyyəti ilə birgə növbəti əmək yarmarkası keçirmişlər. Oktyabrın 21-nə təyin olunmuş yarmarka şəhər 7 nömrəli tam orta məktəbin geniş foyesində təşkil edilmişdir. İşə qəbul olunmaq istəyi ilə əmək bazarına gələnlər qarşısında Məşğulluq Mərkəzinin direktoru Vaqif Məmmədov çıxış edərək dövlət əhəmiyyətli tədbirin məqsəd və məramını açıqlamış ölkəmizdə işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz vəzifələrdən danışmışdır.

Bu günkü yarmarkaya şəhərimizin 50 müəssisə və təşkilatı tərəfindən 242 boş iş yerləri çıxarıldığını elan edən Mərkəz direktoru hər kəsə öz qəlbinin istəyincə iş tapmaqda uğurlar arzulamış və onlara lazımi istiqamət verməyə hazır oduqlarını demişdir.Tədbirdə  iştirak edən Şəhər İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov və YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Yusifqızı çıxış edərək yarmarkanın fəaliyyətinə uğurlar diləmiş, iş axtaran vətəndaşlara kömək və yardımlarını təklif etmişlər.

Səhər saat 10-da əmək yarmarkasının qapıları işaxtaranların üzünə açılmışdır  İşsiz və işaxtaranlar üçün təşkil edilmiş stendlər və məlumat lövhələrində özləri üçün münasib peşə seçənlər iş təklif edən idarə və təşkilatların kadrlar üzrə müfəttişləri tərəfindən əlavə məlumatlandırıldıqdan sonra Mərkəzin əməkdaşları onlara yeni iş yerinə rəsmi göndəriş vərəqi təqdim edirdilər.Beləliklə həmin gün tədbirdə iştirak edən 135 nəfər işsiz soydaşlarımızdan 94 nəfəri əmək yarmarkasının xidmətindən lazımınca faydalanaraq işlə təmin olunmuşdur. Daha 2 nəfər həmyerlimiz isə kvota yerinə göndəriş almışdır.

İştirakçılar tədbirin təşkilindən çox razı qalmışlar.

Keçidlər