Şriftin ölçüsü :

Saytın rəngi :

BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜNDƏ

23 oktyabr 2017 | 16:00

5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr edilən toplantı ŞTŞ-nin geniş akt salonunda baş tutdu. Toplantını giriş sözü ilə ŞTŞ-nin müdiri Zərifə Məmmədova açaraq şərəfli peşə sahiblərini bayram münasibətilə təbrik etdi. Bildirdi: Müəllim adı dünyada ən şərəfli və müqəddəs addır. Müdrik insan, Azərbaycan xalqının böyük oğlu, əbədiyaşar, ümummilli liderimiz Heydər Əliyev  müqəddəs peşə sahiblərinin ən yüksək qiymətini verərək demişdir: “Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik insanlardır”.

Müəllimlər Gününün beynəlxalq səviyyədə qeyd edilməsi quruluşundan asılı olmayaraq bütün ölkələrdə  – bütün dünyada müəllim adına hörmətin əbədiliyini sübut edir. Doğrudan da müəllim sənəti peşələrin tacıdır. Ziyalı adlanan sosial qrupu təmsil edən bu insanlar böyük zəka sahibləri, cəmiyyətin qiymətli sərvətidir. Ölkənin, cəmiyyətin gələcək taleyi də bilavasitə onlardan asılıdır.Daha sonra təntənəli toplantı açıq elan olunur.Azərbaycan Respublikasının Dövlət himni səslənir.Tədbir iştirakçıları önündə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun müəllimlərə ünvanladığı təbrik məktubu oxunur. Təbrik məktubunda vurğulanır ki, ölkəmizin dövlət başçısı İlham Əliyev tərəfindən qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı fəaliyyət planının icrası ilə təhsildə yeni məzmun, pedaqoji kadr, idarəetmə, maliyyə mexanizmləri və infrastruktur məsələləri ilə bağlı 5 strateji istiqamətdə islahat tədbirləri həyata keçirilmişdir.

Müəllimləri bayram münasibəti ilə təbrik edən təhsil naziri onlara yeni tədris ilində yeni uğurlar arzulayır.

ŞTŞ-nin müdiri Z.Məmmədova müəllimlər önündə geniş məruzə edir. Öz məruzəsində respublikada həyata keçirilən uğurlu təhsil siyasətinin Yevlax təhsilində də nailiyyətlərin qazanılmasına zəmin yaratdığından, rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının əsaslı surətdə yenilənməsindən və möhkəmləndirilməsindən, rayonun çoxminli müəllim ordusunun şagirdlərə dərin bilik vermək, onları əsl Azərbaycan vətəndaşı kimi yetişdirmək üçün ortaya qoyduğu səy və çalışmalardan bəhs edir.Fərəhlə vurğulayır: Son 10 ildə 600-dən yüksək bal toplayanların sayı 79 nəfər, 500-dən çox bal toplayanlar isə 203 nəfər olmuşdur. Bu il 600-dən yuxarı bal toplayanların 2 nəfəri şəhər 2 nömrəli, 2 nəfəri şəhər 8 nömrəli, digərləri isə hər birindən 1 nəfər olmaqla şəhər 5 ,7, 9 nömrəli, Aran qəsəbə 2 nömrəli və Qaramanlı kənd tam orta məktəblərinin şagirdləri olmuşdur. Onlardan rayon üzrə ən yüksək – 681 balı şəhər 5 nömrəli tam orta məktəbin məzunu Nigar Məmmədova toplayaraq Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi fakültəsinə qəbul olmuşdur.
2016-cı ildə Dövlət İmtahan Mərkəzinin rəsmi statistik məlumatları əsasında şəhər 9 nömrəli tam orta məktəb respublika üzrə yaxşı məktəblər sırasına daxil olmuş, məktəbin 1 nəfər məzunu 600-dən, 4 nəfəri isə 500-dən artıq bal toplamışdır.Məruzəçi daha sonra tədbir iştirakçılarına beynəlxalq olimpiadalara hazırlıq məqsədi ilə keçirilən III respublika fənn müsabiqələrinin nəticələrini şərh etmiş, müsabiqədə şəhər 5 nömrəli tam orta məktəbin VII sinif şagirdi Nurəddin Hüseynlinin biologiya  fənni üzrə II yeri tutaraq Diplom və gümüş medalla mükafatlandırılmasından söz açmışdır.Müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri də ŞTŞ-nin müdirinin məruzəsində öz dolğun əksini tapmışdır: Müəllimlərimizdən 760 nəfəri 40 baldan, 1298 nəfəri 30 baldan yuxarı toplamışdır. 2 nəfər – Aran qəsəbə 1 nömrəli tam orta məktəbin dil və ədəbiyyat müəllimi Kəmalə Cəbiri və Hürüuşağı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Zümrüd Həsənəliyeva ən yüksək – 59 bal toplamışdır.Müəllimlərin işə qəbulundan bəhs edən Z.Məmmədova açıqlamışdır ki, bu vacib iş tam şəffaf  imtahan nəticəsində həyata keçirilən bir prosesə çevrilib.Məruzəsinin sonunda müəllimləri bayram münasibəti ilə səmimi təbrik edən ŞTŞ müdiri onlara bol sevinc, cansağlığı, xoşbəxtlik, gənc nəslin təlim-tərbiyəsi istiqamətində səmərəli və məqsədyönlü fəaliyyət arzulamışdır.Məruzə ətrafında Xaldan kənd tam orta məktəbin direktoru, əməkdar müəllim Şahin Kərimov, şəhər 8 nömrəli tam orta məktəbin müəllimi Südabə Hacıyeva, Qaramanlı kənd tam orta məktəbin müəllimi Rövşən Səmədov və şəhər 1 nömrəli tam orta məktəbin müəllimi  Günay Abbasova çıxışlar edərək UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilməyə başayan bu əlamətdar bayram gününün onların həyatında və fəaliyyətində önəmli rolundan, çalışdıqları təhsil müəssisələrində əldə etdikləri uğurlardan, qarşıda duran vəzifələrdən səmimi tərzdə söz açırlar.Müəllimlər önündə tribuna alan ŞİH Başçısının müavini Elnarə Məmmədova müəllimləri ŞİH Başıçısı Qoca Səmədovun və öz adından ürəkdən təbrik edərək, şərəfli peşə sahiblərinə xalqa və dövlətə vacib, gərəkli peşələrində yeni uğurlar və nailiyyətlər diləyir.Müəllimlərin peşə bayramı ilə əlaqədar bir qrup qabaqcıl müəllimə ŞİH-in və ŞTŞ-nin Fəxri Fərmanları və hədiyyələri təqdim olunmuşdur.

Keçidlər