26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə növbəti tədbir keçirilmişdir
26 iyun 2025 | 16:00
26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə növbəti tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 iyun-Silahlı Qüvvələrin yaranması günü münasibətilə şəhər ərazisində yerləşən “N” saylı hərbi hissədə hərbçilərlə növbəti görüş keçirilmişdir. Görüşdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, Yevlax Bələdiyyəsinin sədri, şəhid atası, qazi və hərbi hissənin şəxsi heyəti iştirak etmişlər.
Görüşdə hərbçilər bayram günü münasibətilə təbrik edilib, onlara müstəqil, suveren dövlətimizin hərbi qüdrətinin, ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi yolunda şərəfli işlərində uğurlar arzulanılıb, əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycanın Milli Ordusunun keçdiyi inkişaf yolundan,Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunun daha da möhkəmləndirilməsindən, 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı zəfərdən, döyüşlərdə hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlardan danışılmışdır.
Görüş əsnasında xidmətdə fərqlənən hərbçilər Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.






