Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr edilmiş tədbir keçirildi

24 iyun 2022 | 19:22

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin Elnarə Əzizova çıxış edərək Milli Ordumuzun yaranma tarixinə nəzər salıb, tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Şəhidlərimizin döyüş yoluna nəzər salınaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirilib. Qeyd edilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov çıxışında Azərbaycan Ordusunun bu gün dünyanın müasir silahlara malik ən güclü orduları sırasında olduğunu qeyd edib.İgid oğullarımızın döyüş yoluna nəzər salaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz bizlər üçün əzizdir. Samir Qurbanov Vətən Müharibəsi iştirakçılarını 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü, həmçinin medalla təltif olunmaları münasibətilə təbrik etdi, həyatlarında uğurlar arzuladı.
Tədbir ərəfəsində Yevlax Şəhər İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi ilə birlikdə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş yevlaxlı müharibə veteranlarının 60 nəfərinə medallar təqdim edilib.
Vətən müharibəsi iştirakçıları göstərilən dövlət qayğısına görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Respublikanın Əməkdar Mədəniyyət İşçisi Zöhrə Adgözəlovanın ssenarisi əsasında Bəşir Səfəroğlu adına “Xalq” teatrının aktyorlarının hazırladığı “Zəfərin mübarək Azərbaycan” adlı tamaşa göstərildi. Tamaşa alqışlarla qarşılandı.

Keçidlər