26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ərəfəsində Yevlaxda şəhid ailələri və qazilər ziyarət edilib
26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ərəfəsində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və aparatın məsul işçiləri Vətən Müharibəsi şəhidlərinin ailələrini və qaziləri evlərində ziyarət ediblər.
Ziyarətlərdə bildirilib ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq Respublikamızın hər yerində Şanlı Qələbəmiz ilə nəticələnən 44 günlük Vətən Müharibəsində Vətənimizin azadlığı uğrunda canlarını qurban verən qəhrəman Şəhidlərimizin ailələrinə, döyüşlərdə şücaət göstərərək qazi olan şəxslərə daim diqqət və qayğı göstərilir. Yevlax rayonunda da bu kateqoriyadan olan insanlar diqqət və qayğı ilə əhatə olunublar. Belə ki, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələri ziyarət edir, problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.
Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.