Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqilliyimiz dönməzdir, əbədidir…

19 oktyabr 2012 | 15:00

XX əsrdə Azərbaycan ikinci dəfə özünün dövlət müstəqilliyini qazandı. 1991-ci ilin 18 oktyabrı xalqın tarixinə Müstəqillik günü kimi yazıldı. Həmin gün respublika parlamenti-Ali Sovet «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı»nı qəbul edib. Məhz bu səbəbdən 18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir.
Azərbaycanın dövlət müstəqilliyini birinci olaraq Türkiyə
Cümhuriyyəti tanıdı. Azərbaycan Xarici İşlər Nazirliyinin 1992-ci ilin yanvarında yaydığı məlumata görə, dünyanın 50 dövləti Azərbaycan Respublikasını rəsmən tanımışdı.
Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin
21-ci ildönümünü qeyd edirik. Bu gün məhz yaşadığımız müstəqilliyə, sərbəst yaşamağa görə məhz o tarixə borcluyuq. Odur ki, respublikamızın hər yerində insanlar Müstəqillik gününü bayram edirlər.
Yevlaxda da dövlət müstəqilliyi günü təntənə ilə qeyd edildi. Həmin gün Bulvar kompleksində şəhər sakinləri üçün geniş və rəngarəng bayram konserti təşkil olundu. Mədəniyyət və Turizm Şöbəsinin incəsənət ustaları ulu öndəri, vətəni, müstəqilliyi, sevgini, sülhü, vəsf edən mahnıları öz tamaşaçılarına ərməğan etdilər.
 

Keçidlər