Şriftin ölçüsü :

Saytın rəngi :

SON ZƏNG: MÜSTƏQİL HƏYATA İLK ADDIMLAR…

14 iyun 2017 | 16:00

Bu tədris ilində Yevlaxın ümumtəhsil məktəblərinin IX siniflərini 1257, XI siniflərini 1086 nəfər bitirib.
2017 -2018 -ci tədris ilində 1836 nəfər şagird rayon məktəblərinin birinci siniflərinə qəbul ediləcəkdir.
Bu münasibətlə iyunun 14-də rayonumuzun ümumtəhsil məktəblərində Son Zəng tədbirləri keçirilmişdir.
Məktəblərimizdə Son Zəng çalındı. 2016-2017-ci dərs ilinə yekun vuruldu. On bir il parta arxasında oturub müəllimlərini həvəslə dinləyən, elmi biliklərə yiyələnən məktəblilər məzun adını qazandılar. Yaddaşlarda qalacaq bugünün zəngi uşaqlıq və yeniyetməlik dövrünün xatirəsi tək əbədiləşəcəkdir.
Artıq bu gündən 1086 nəfər  yevlaxlı gənc müstəqil Azərbaycanın müstəqil vətəndaşları kimi həyata qədəm qoyacaqlar.

Keçidlər