Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİDLƏR XİYABANINDA ANIM MƏRASİMİ KEÇİRİLDİ

31 mart 2017 | 16:00

Səhər saatlarında artıq yüzlərlə yevlaxlı torpaqlarımızın azadlığı uğrundakı döyüşlərdə şəhid olan həmyerlilərimizin uyuduğu Xiyabanda idi.
Anım mərasimi Şəhər  İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov, şəhərin hüquq-mühafizə orqanlarının, ayrı-ayrı qurumların rəhbərlərinin iştirakı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı abidəsini ziyarətlə başladı. Ziyarətçilər ehtiramlarını ifadə etdilər, abidə önünə gül dəstələri qoydular.
Tədbir Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının binasında davam etdirildi.
Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov rəsmi anım mərasimini açdı və  xalqımızın  tarixinə qanla yazılmış səhifə-31 mart  soyqırımından danışdı. Qeyd etdi ki,yalnız ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində soyqırımı barədə   həqiqətlər üzə çıxdı, bu hadisələr siyasi və hüquqi qiymətini aldı. O,Ulu öndərin sərəncamı ilə 31 martın hər il ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsini də  ümummilli liderin Vətənimizin və xalqımızın tarixinə diqqətinin nümunəsi kimi dəyərləndirdi.
Sonra tədbir iştirakçıları soyqırımı qurbanlarınının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
YAP Yevlax Rayon Təşkilatının  hazırladığı  və erməni vəhşiliklərini əks etdirən kadrların yer aldığı videoçarxın nümayişindən sonra çıxış üçün söz verilən  Şəhər İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Elnarə Məmmədova, Şəhər Bələdiyyəsinin sədri Elmi Səfərəliyev, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Aygün Qasımova, Yeni Azərbaycan Partiyasının gənc fəalı Maqsud Süleymanlı, 9 nömrəli tam orta məktəbin direktoru Şükür Mehdiyev, 1 nömrəli tam orta məktəbin direktor müavini Avtandil Mikayılov 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən danışdılar. Bildirdilər ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi olduqca mühüm və müqəddəs iş vəzifəsindən, siyasi  və milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının borcudur.

Keçidlər