Şriftin ölçüsü :

Saytın rəngi :

İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAQ

22 fevral 2017 | 16:00

Fevralın 13-də Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yaradılmasının 5-ci ildönümü münasibəti ilə təntənəli yığıncaq  keçirilmişdir. Şəhər rəsmləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin şəxsi heyəti ilk öncə  ulu öndərin abidəsi önünə gül dəstələri düzərək rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər.

YAP Yevlax rayon təşkilatının konfrans zalında keçirilmiş şəhər rəsmilərinin, ictimaiyyət nümayəndələrinin, Qarabağ müharibəsi əlillərinin, 5 nömrəli tam orta məktəbin “Şahin” hərbi idman oyunu komandası üzvlərinin iştirak etdikləri  yığıncağı Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi polkovnik Elxan Heydərov açmış, Dövlət himni səsləndirildikdən və vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra qurumun fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. Vurğulamışdır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Ordu quruculuğuna xüsusi diqqət və qayğı Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Məhz bu diqqət və qayğının nətcəsidir ki, Azərbaycan Ordusu öz yüksək döyüş və hərbi hazırlıq səviyyəsinə görə Cənubi Qafqazda liderdir. Daha sonra bildirmişdir ki, Ordu quruculuğu sahəsində aparılan islahatlar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması,bu sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi Azərbaycan Ordusunun daha da qüdrətlənməsinə, yeniliyə doğru forma və məzmunca dəyişməsinə xidmət edir.
Elə ötən ilin aprel döyüşlərndə düşmən milli ordumuzun əlinin dadını gördü. Şöbə rəisi daha sonra hərbi xidmətə çağırış sahəsində kompüter və elektron sistemlərinin tətbiq olunmasını da həyata keçirilən yeniliklər sırasına daxil etmişdir. Natiq öz çıxışını bundan sonra da dövlətmizin başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarının etimadını üzərlərinə düşən vəzifəni vətənə və dövlətə sədaqətlə xidmət etməklə doğuldacaqlarını bildirməklə yekunlaşdırmışdır.

Yubiley tədbirində iştirak edən Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının ölkənin müdafiə qüdrətinin daha da gücləndirilməsinə etibarlı təminat olan Silahlı Qüvvələrimizin yenidən qurulmasını fəaliyyətinin əsas prioritetinə çevirməsini yüksək dəyərləndirmiş, Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin yaradılmasının ildönümü münasibətilə şəxsi heyəti təbrik edərək  onlara məsul vəzifələrində  uğurlar  arzulamışdır.
Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis  polkovniki Vaqif Müslümov qlobal və dinamik inkişaf yolunda olan müstəqil Azərbaycanımızın Ordu quruculuğu sahəsində son illər qazandığı uğurlardan danışmış, Silahlı Qüvvələrimizin boy sırasının vətənpərvər, mübariz gənclər hesabına möhkəmləndirilməsinə xidmət  edən şəxsi heyəti təbrik etmişdir.
Şəhid Qəfərəli Hacıyevin atası İntiqam Hacıyev şəhid valideynləri  adından danışaraq bildirdi ki, biz valideynlər vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarını fəda etmiş övldalarımızla fəxr edirik. Bilirik ki, onların axan qanı yerdə qalmayacaq. Gec-tez bayrağımız işğaldan azad ediləcək torpaqlarımızda  dalğalanacaqdır.
Qarabağ müharibəsi əlilləri adından Mənsur Əliyev, Şəhər Təhsil Şöbəsində Çağırışaqədərki Gənclərin hərbi hazırlığı fənni üzrə metodist Natiq Hüseynov və başqaları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax şöbəsinin kollektivi ilə əlbir fəaliyyətlərinin gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində həlledici əhəmiyyətindən danışmış, əlamətdar ildönümü münasibəti ilə təbriklərini ünvanlamışlar.
Sonda şöbənin bir sıra əməkdaşları çalışdıqları sahədəki nümunəvi fəaliyyətlərinə görə təşəkkür və hədiyylərlə təltif olunmuşlar.

Keçidlər