2025-ci ilin birinci rübü ərzində əhalinin məşğulluğu sahəsində bir sıra tədbirlər görülmüşdür
15 aprel 2025 | 18:25
2025-ci ilin birinci rübü ərzində əhalinin məşğulluğu sahəsində bir sıra tədbirlər görülmüşdür
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin köməkliyi ilə işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, işaxtarışına və özünüməşğulluğuna köməklik göstərilməsi məqsədi ilə Yevlax rayonunda 2025-ci ilin I rübü ərzində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində 748 nəfər işaxtaran şəxs qeydiyyata alınmışdır ki, onların 367 nəfəri qadın olmuşdur. I rüb ərzində müraciət edən vətəndaşların 160 nəfəri rayonun idarə, müəssisə və təşkilatları tərəfindən MEİS-in “Əmək və Məşğulluq” altsistemində təqdim olunmuş boş (vakant) iş yerlərinə elektron göndəriş formalaşdırılaraq müvafiq işlə təmin olunmuşdur. İşlə təmin olunanlardan 65 nəfəri qadın olmuşdur. Yevlax rayonu üzrə 2025-ci ilin I rübü ərzində 35 nəfər işsiz şəxsə işsizliyə görə sığorta ödənişi təyin edilmişdir.
2025-ci ilin I rübü ərzində 4 nəfər işsiz şəxs “özünüməşğulluq proqramı”na (bundan sonra - Proqram) cəlb olunmuşdur. Proqrama cəlb olunanlardan 1 nəfəri qadın olmuşdur.
Filial tərəfindən Yevlax rayonu üzrə 2025-ci ilin I rübü ərzində 18 nəfər (4 nəfər qadın) haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.
2025-ci ilin I rübü ərzində işsiz şəxslərdən 8 nəfəri peşə hazırlığı kurslarına cəlb edilmişdir.