Şriftin ölçüsü :

Saytın rəngi :

20.05.2024-cü il tarixdə Yevlaxda abadlıq-quruculuq işləri davam etdirilir.

20 may 2024 | 18:42
Yevlax şəhəri, Heydər Əliyev prospektində 1980-ci ildə çəkilmiş, istismar müddətini başa vurmuş 219 mm diametrli, uzunluğu 950 p/metr olan polad qaz kəmərində çoxsaylı qaz sızmaları baş verdiyindən əhalinin qaz təchizatında tez-tez dayanmalar baş verirdi, bu da sakinlərin narazılığına səbəb olurdu. Sakinlər bu barədə dəfələrlə Yevlax Şəhər İcra Hakimiyyətinə yazılı və şifahi müraciətlər edirdilər. Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə sakinlərin müraciətlərinə əsasən əhalinin qaz təchizatının yaxşılaşdırılması və çoxsaylı qaz sızmalaranın qarşısının alınması məqsədilə Tərtər regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət sahəsi tərəfindən köhnə xətt qazılaraq çıxarılmış, əvəzində 225 mm diametrli 948 p/metr polietilen boru ilə yeni qaz xətti çəkilmişdir.
Qaz xəttinin çəkilişi yekunlaşdıqdan sonra qazılmış əraziyə yeni asfalt örtüyü salınaraq əvvəlki vəziyyətinə gətirilmişdir.
Keçidlər