ŞİH BAŞÇISI 20 YANVAR FACİƏSİNİN İYİRMİ YEDDİNCİ İLDÖNÜMÜ İLƏ BAĞLI SƏRƏNCAM İMZALAYIB
23 yanvar 2017 | 16:00
Sərəncamla 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı geniş tədbirlər planı təsdiq edilmişdir.
Rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar gününün Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar tədbirlərin keçirilməsi, faciə ilə bağlı toplantıların, mühazirələrin, dəyirmi masaların, rayonun təhsil müəssisələrində Qanlı Yanvara həsr olunmuş dərslərin, məktəblilər arasında inşa və rəsm müsabiqələrinin keçirilməsi, mədəniyyət ocaqlarında tamaşaların, xatirə gecələrinin təşkil edilməsi, Şəhidlər Xiyabanında təmizlik və abadlıq işlərinin aparılması və s. tədbirlər planında əksini tapır.