20 Yanvar Ümumxalq Hüzn gününə həsr olunmuş “Ananın fəryadı” adlı ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur
19 yanvar 2024 | 19:09
20 Yanvar Ümumxalq Hüzn gününə həsr olunmuş “Ananın fəryadı” adlı ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur
Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı şəhər Yaradıcılıq evində Leyla Abdullayevanın rejissorluğu ilə 20 Yanvar Ümumxalq Hüzn gününə həsr olunmuş “Ananın fəryadı” adlı ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur.
Tədbir azadlığımız uğrunda canlarından keçən Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlandı. Aktyorlar - Zaur Qurbanov, Sabir Hüseynov, Elnurə Babayeva, Rəşad Hüseynov Kəmalə Qurbanova , Salatın Mustafayeva, Teymur Mustafayev, Fəridə Həsənova və Xan Quliyevin və kiçik yaşlı aktyor Toğrul Mustafalı yaratdığı obrazları çox məharətlə ifa etmələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyti Başçısının müavini – İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Aran Regional Mədəniyyət İdarəsinin rəis müavini Qasım Qasımov, idarə müəssisələrinin rəhbərliyi, nümayəndələri, Şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.