Şriftin ölçüsü :

Saytın rəngi :

“ 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu"

18 yanvar 2023 | 11:56
YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, rayonda fəaliyyət göstərən bir sıra idarə,müəssisə və təşkilatların rəhbərləri, qazilər, müharibə iştirakçıları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP Yevlax təşkilatının sədri Rafiq Əliyev qeyd etdi ki, qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş nöqtəsidir. Sovet rejiminin vandalizm aktı törətməsi nəticəsində onlarla dinc sakinimiz qətlə yetirilmiş, yüzlərlə günahsız insan isə bu faciə zamanı yaralanmış, zərər çəkmişdir. Həmin qanlı hadisələrə görə müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı səfirliyinə gedərək Mixail Qorbaçovun rəhbərlik etdiyi sovet rejiminin bu çirkin əməlini şiddətlə qınayan bəyanatla çıxış etmiş, xalqımızın haqq səsini cəsarətlə bütün dünyaya çatdırmışdır. 1994-cü il yanvar ayının 5-də ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və nəhayət həmin ilin mart ayında tərəfindən təsdiqlənən 20 yanvar faciəsinə siyasi qiymət verən bu sənəd bir daha Azərbaycan xalqının öz haqıqnı tələb edə bilməsini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacarmasını sübut etdi. Ulu öndərin siyasi irsinin layiqli davamçısı, Partiyamızın Sədri cənab İlham Əliyevin göstərişi ilə Şəhid ailələrinin, müharibə əlillərinin sosial təminatı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müntəzəm olaraq həyata keçirilən tədbirlər, onlara göstərilən xüsusi diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətidir. Allah Şəhidlərimizə rəhmət etsin. Onların əziz ruhu xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.
Tədbir çərçivəsində 20 Yanvar hadisələrini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Bu qanlı tarixi hadisə bizim üçün həm hüznlü, həm də qürurlu hadisədir. Ona görə xalqımız azadlıq, müstəqillik ideyası ətrafında sıx birləşərək mübarizəyə qalxdı. Ümummilli lider Heydər Əliyevin qətiyyətli mövqeyi, sovet rejiminin əməllərini kəskin şəkildə qınaması respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə oldu. Dahi Heydər Əliyev çıxışında kommunist rejiminin gerçək simasını açmış, xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirmiş, mənfur siyasətinə qəti etirazını ifadə etmişdi.
Azərbaycan xalqı daim Vətənimiz uğurunda fədakarlıq göstərən, xüsusi xidmətləri olan qəhrəmanlarımızı unutmur, onların xatirəsini əziz tutur. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Fərman və Sərəncamlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələri üçün təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Ölkə Rəhbəri tərəfindən imzalanan 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin 500 manat təşkil edən təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib .
Xalqımız bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Sonra tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elvin Əjdərli, 20 Yanvar hadisələrinin iştirakçısı Cahid Əliyev, Yevlax rayon Mərkəzi Xəstəxanasının həkimi Niyaz Hüseynov, YAP fəalı, Yevlax rayon Tanrıqulular kənd tam orta məktəbinin müəllimi Lalə Məmmədova qeyd etdilər ki, görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 131 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olub. Qeyd edilib ki, doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.
 
Keçidlər