Şriftin ölçüsü :

Saytın rəngi :

ŞİH BAŞÇISI “SÜLH AYLIĞI” İLƏ BAĞLI TƏDBİRLƏR PLANINI TƏSDİQ ETDİ

15 sentyabr 2016 | 16:00

21 sentyabr Beynəlxalq Sülh Günü ilə əlaqədar şəhərimizdə “Sülh aylığı” keçiriləcək. Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov bununla əlaqədar keçiriləcək tədbirlərin planını təsdiq etmişdir.

Tədbirlər planında Beynəlxalq Sülh Günü ilə əlaqədar sülh və insan hüquq və azadlıqları ilə bağlı dəyirmi masaların, söhbətlərin, diskussiyaların, “Sülh hər bir millətin arzusudur” adlı tədbirin keçirilməsi, “Dünya uşaqların gözü ilə” rəsm sərgisinin təşkili nəzərdə tutulur.

Keçidlər