Şriftin ölçüsü :

Saytın rəngi :

2012 -ci ilin doqquz ayında sosial- iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə

23 oktyabr 2012 | 15:00

«BİZ HAMIMIZ BİR NEÇƏ GÜN BUNDAN ƏVVƏL ŞƏHƏRİMİZƏ ARTIQ YEDDİNCİ DƏFƏ SƏFƏR ETMİŞ AZƏRBAYCAN PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVLƏ GÖRÜŞÜN TƏSİRİ ALTINDAYIQ»

BU FİKRİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI YANINDA ŞURANIN 2012-Cİ İLİN DOQQUZ AYINDA SOSİAL — İQTİSADİ İNKİŞAFIN YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ TOPLANTISINDA ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI QOCA SƏMƏDOV SÖYLƏDİ

Toplantıya hüquq-mühafizə orqanlarının, müxtəlif idarə, müəssisələrin, ictimai təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri qatılmışdılar.
Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov toplantı iştirakçıları önün
də sözə ilk öncə belə başladı: — Biz hamımız bir neçə gün bundan əvvəl şəhərimizə artıq yeddinci dəfə səfər etmiş, dövlətimizin başçısı, cənab İlham Əliyevlə görüşün təsiri altındayıq. Cənab Prezident bu səfəri zamanı şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinə yüksək qiymət vermişdir. İşimizə verilən bu yüksək qiymət bizləri yeni uğurlara sövq edir və məsuliyyət hissimizi qat-qat artırır. Dövlətimizin başçısının daimi diqqət və qayğısını hiss edən yevlaxlılar əvvəlki illərdə olduğu kimi 2012-ci ilin 9 ayında da şəhərimizin hərtərəfli inkişaf etməsi naminə bütün qüvvələri səfərbərliyə almışlar. Quruculuq, abadlıq, tikinti işləri davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin
aradan qaldırılmasına xüsusi fikir verilmişdir.
Natiq dedi:- 2012-ci ilin 9 ayı respublikamız üçün sosial-iqtisadi inkişaf baxımından uğurlu olduğu kimi, Yevlax üçün də uğurlu, irəliyə doğru atılan addımlarla əlamətdar olmuşdur.
2012-ci ilin 9 ayında ümumdaxili məhsulun həcmi 296, 2 milyon manat olmuşdur.
2012-ci ilin 9 ayında ümumdaxili məhsulun həcmi 2011-ci ilin 9 ayına nisbətən 37,2 milyon manat və yaxud 14,4 faiz çox olmuşdur.
Ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur.
Ümumdaxili məhsulun artımı əsasən məhsul istehsalının, tikinti işlərinin və xidmətlərin həcminin artması hesabına olmuşdur.
Ümumdaxili məhsulun 8,0 milyon manatını sənaye, 61,5 milyon manatını kənd təsərrüfatı, 30,8 milyon manatını tikinti, 159,8 milyon manatını ticarət, 3,7 milyon manatını digər xidmətlər təşkil etmişdir. İstehsal olunmuş 2 milyon 236,4 min manatlıq sənaye məhsulu ixrac olunmuşdur, bu isə satılmış sənaye məhsulunun 27 fai- zini təşkil edir.
2012-ci ilin 9 ayında (adambaşına) hər nəfərə 2421,9 manat ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da 2011-ci ilin 9 ayına nisbətən 283 manat və yaxud 13,2 faiz çoxdur.
Rayon üzrə orta aylıq əməkhaqqı 189,6 manat olmuşdur ki, bu da 2011-ci ilin 9 ayı ilə müqayisədə 5,4 manat çoxdur.
2012-ci ilin 9 ayında pul gəliri 162,9 milyon manat olmuşdur, bu 2011-ci ilin 9 ayına nisbətən 15,3 milyon manat və yaxud 10,3 faiz çoxdur.
Adambaşına (hər nəfərə) pul gəlirləri 1332 manat olmuşdur, bu da 2011-ci ilin 9 ayına nisbətən 112,9 manat və ya 9,4 faiz çoxdur.
2012-ci ilin 9 ayında pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 191,6 milyon manat olmuşdur, bu da 2011-ci ilin 9 ayı ilə müqayisədə 10 faiz və yaxud 18,5 milyon manat çoxdur.
Hesabat dövründə ümumilikdə 61,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
2012-ci ildə 16 min 655 hektarda əkilmiş taxıl sahələrindən 51 min 272 ton, 310 hektarda əkilmiş kartof sahəsindən 2 min 992 ton məhsul, 328 hektardan 3566 ton bostan məhsulu toplanmışdır. Keçən ilki dövr ilə müqayisədə taxıl məhsulu 8 min 821 ton artıq toplanmışdır. Hazırda bostan-tərəvəz məhsullarının yığımı və yem toplanışı davam edir.
2012-ci ildə 8948 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarına 1 milyon 395 min manat yardım verilmişdir.
Torpaq mülkiyyətçilərinə 672 ton mineral gübrə güzəştli şərtlərlə satılmışdır.
2012-ci ilin 9 ayında iribuynuzlu mal-qaranın baş sayı 73303 min baş, qoyunların baş sayı 166 min 610 baş, quşların baş sayı 440 min 990 baş olmuşdur.
Cari ilin 9 ayında 2011-ci ilin 9 ayı ilə müqayisədə 46 ton ət, 501 ton süd, 68 min ədəd yumurta çox istehsal edilmişdir.
Hesabat dövründə ümumilikdə 61,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
2012-ci ilin 9 ayında şəhərin büdcə xərcləri 14 milyon 144 min manat olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 201 min manat və yaxud 1,4 faiz çoxdur.
2012-ci ilin 9 ayında 1361 iş yeri açılmışdır. Onlardan 1215-i daimidir. Ümumilikdə 2004- 2012-ci illərdə rayonda 13928 iş yeri yaradılmışdır ki, onlardan 7829-u daimi iş yerləridir.
2012-ci ilin 9 ayı ərzində şəhər 2 nömrəli 960 şagird yerlik, Aran qəsəbəsində 360 şagird yerlik, Salamabad kəndində 180 şagird yerlik tam orta məktəb binaları, Maliyyə idarəsinin inzibati binası, Məhdud Fiziki İmkanlı İnsanlar üçün Regional İnformasiya Mərkəzinin binası, Avtovağzal kompleksi, «Azərtoxum» MMC Toxum emalı müəssisəsində saatda 15 ton yem istehsal edən sex tikilib istifadəyə verilmişdir.
«Yevlax-Beton» ASC-də beton tökülməsi sexi əsaslı surətdə yenidən qurularaq istismara buraxılmışdır. Bu, istehsalın həcminin 2 dəfə artırılmasını təmin etmişdir.
Rayonun Kolanı kəndi ərazisində 188 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edəcək müəssisənin tikintisi davam etdirilmişdir. S.Vurğun adına park tikilib istifadəyə verilmiş, burada şairin abidəsi ucaldılmışdır.
Şəhər əhalisinin mənalı istirahəti üçün, ümumi sahəsi 8,2 hektar olan, Kür çayının şəhərimizin ərazisindən keçən hissəsinin sağ sahili boyunca 2500 metr uzunluğunda Bulvar isitirahət mərkəzi salınmışdır. İstirahət zonasında 22 ədəd fəvvarə, şəlalə tikilmiş, 3 xidmət obyekti, ana və uşaq otağı, uşaq əyləncə mərkəzi, 4 ədəd karusel, idman meydançaları yaradılmış, monitor quraşdırılmış, çimərlik salınmışdır.
Ümumiyyətlə, cari ilin 9 ayı ərzində xiyaban və parklara, səkilərə, istinad divarlarına, fəvvarələrə 26918 kv.m. aqlay, 3717 kv.m. qaya daşı, 967 kv.m. kabançik, 46463 kv.m. dekorativ piltə, 1397 kv.m. mərmər piltə döşənmiş, yollara, küçələrə və səkilərə 17931 pm səki daşları düzülmüşdür.
Cari ilin 9 ayı ərzində 11 ədəd ictimai yaşayış binalarının dam örtükləri əsaslı təmir edilərək dəyişdirilmiş, Heydər Əliyev, Nizami prospektlərində, C.Mustafayev, S.Vurğun, Füzuli, Pişəvəri, Azərbaycan, Q.Quliyev küçələrində, xiyaban və parklarda 477 ədəd yeni işıqlandırma dirəkləri və dirəklərdə 1118 ədəd işıq nöqtələri quraşdırılmışdır.
Əhalinin içməli su ilə təmin olunması daim diqqət mərkəzində olmuş, nasos stansiyalarının, artezian və subartezianların istismarı nəzarətdə saxlanmışdır.
Hazırda şəhər və kənd yaşayış məntəqələri 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Cari ilin 9 ayı ərzində 2,8 km. elektrik verilişi hava xətləri əsaslı təmir olunmuş, 26,5 km. elektrik verilişi hava xətlərində cari təmir işləri aparılmış, 19 ədəd transformator cari, 2 ədəd transformator isə əsaslı təmir olunmuşdur.424 abonentin mənzilində sayğaclar quraşdırılmışdır.
Cari ilin 9 ayı ərzində əhalinin təbii qazla təminatının yaxşılaşdırılması işləri çox keyfiyyətlə və sürətlə davam etdirilmişdir.
2012-ci ilin 9 ayı ərzində abonentlərə 913 min manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir. 9 ayda əhaliyə 484 telefon çəkilmişdir.Bu il şəhərin 32 -ci məhəlləsində yerləşən məcburi köçkünlər şəhərciyi telefonlaşdırılmışdır. Burada 590 nömrəlik elektron ATS tikilib istifadəyə verilmişdir.
Tam orta məktəbi bitirən 1013 nəfər məzundan 311 nəfəri müxtəlif ali məktəblərə qəbul olunmuşdur ki, bu da 9 il ərzində ən yüksək göstəricidir və 2003-cü illə müqayisədə 194 nəfər çoxdur.Şagirdlərin ali hərbi məktəblərə və C.Naxçıvanski adına hərbi liseyə qəbulu sahəsində də uğurlar əldə edilmişdir. Belə ki, 12 nəfər məzun ali hərbi məktəb və akademiyalara, 8 nəfər isə C.Naxçıvanski adına hərbi liseyə qəbul edilmişdir.
Rayonun səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər ilin 9 ayı ərzində davam etdirilmişdir.
Hazırda şəhərdə 180 yerlik xəstəxananın tikintisi davam edir.
2012-ci ilin 9 ayında əhaliyə göstərilən mədəni-maarif xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilmişdir.
Kür çayının bulvar kompleksində əhalinin istirahətinin təşkili üçün yeni karusellər, attraksionlar, süni örtüklü idman meydançaları, ana və uşaq kafesi tikilib istifadəyə verilmişdir.
Bayramlar münasibəti ilə el şənlikləri, respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramları təşkil edilmiş, bu tədbirlərdə minlərlə yevlaxlı iştirak etmişdir.
2012-ci ilin «İdman ili» elan olunması ilə əlaqədar ŞİH -nin tədbirlər planı təsdiq edilmiş və ona uyğun olaraq bir neçə idman yarışları keçirilmişdir. Ölkəmizdə Olimpiya hərəkatının 20-ci ildönümünə və «İdman ili»nə həsr edilmiş tədbirlər çərçivəsində Gənclər və İdman Nazirliynin və Şəhər Gənclər və İdman idarəsinin xətti ilə tədbirlər baş tutmuşdur.
9 ay ərzində Gənclər və İdman idarəsi tərəfindən gənclər sahəsi üzrə 36 bədən tərbiyəsi , idman üzrə isə 17 tədbir keçirilmiş, sözügedən tədbirlərə 6005-dən çox yeniyetmə və gənc qatılmışdır.
Sonra məruzə ətrafında çıxışlar dinlənildi. ŞTŞ-nin müdiri R.Mirzəyev, Paylayıcı Elektrik şəbəkəsinin rəis əvəzi Z.Quliyev, Su kanal idarəsinin rəisi S.Həsənov, Qaz İstismar idarəsinin rəisi N.Tarverdiyev çıxış edərək 9 ayda əhaliyə göstərilən xidmətin səviyyəsindən bəhs etdilər, qarşıda duran vəzifələrə aydınlıq gətirdilər.
 

Keçidlər