Şriftin ölçüsü :

Saytın rəngi :

TƏBRİK EDİRİK!

01 iyul 2016 | 16:00

Dövlət Qulluqçularının Peşə Bayramı Günü ərəfəsində  Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunanlar arasında həmyerlimiz, Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini işlərin təşkilatçısı  Hümbət Əhmədovun adının olması bizi də çox sevindirdi.
Hümbət Əhmədov sözün həqiqi mənasında savadlı, ləyaqətli və bacarıqlı bir insandır. Ona göstərilən etimadı hər zaman doğrultmağı bacarır.
36 illik əmək fəaliyyətinin 20 ilini Şəhər İcra Hakimiyyətində ona tapşırılan vəzifələrin layiqincə yerinə yetirilməsinə həsr edib. Dövlətçiliyə sədaqət ruhuna həmişə sadiq olan Hümbət Əhmədov həm də nümunəvi ailənin başçısıdır.
Olduqca səmimi və mehriban bir insan olan Hümbət müəllim biz qəzetçilərin də yaxın dostudur. Odur ki, dövlətə xidmətinin dəyərini almış dostumuzun sevincli, şad günündə onu ürəkdən təbrik edir və ən xoş arzularımızı bildiririk.

Keçidlər