Şriftin ölçüsü :

Saytın rəngi :

18.01.2024-cü il tarixdə Balçılı kəndində səyyar qəbul keçirilmişdir

18 yanvar 2024 | 17:38
18.01.2024-cü il tarixdə Balçılı kəndində səyyar qəbul keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən qrafikə uyğun olaraq hər həftə rayonun qəsəbə və kəndlərində vətəndaşlarla səyyar qəbullar keçirilir. Şəhər rəhbərinin növbəti səyyar qəbulu rayonun Balçılı kəndində keçirilmişdir. Səyyar qəbulda Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri,rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Vətəndaşların müxtəlif məzmunlu müraciətlərinin dinlənildiyi səyyar qəbulun gedişində Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı Şəhər rəhbəri tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, digər müraciətlər isə araşdırılmaq üçün qeydiyyata alınmışdır.
Keçidlər