Şriftin ölçüsü :

Saytın rəngi :

6 AYIN YEKUNLARI MÜZAKİRƏ OLUNDU

01 iyul 2012 | 15:00

Bu günlərdə Şəhər İcra Hakimiyyəti Başçısının 2012-ci ilin 6 ayında Yevlax rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov açmış və «2012-ci ilin 6 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr haqqında» geniş məruzə ilə çıxış etmişdir.
ŞİH Başçısı haqqında söhbət gedən dövr ərzində bütün sahələr üzrə görülən işlərdən, əldə edilən uğurlardan, mövcud olan nöqsan və çatışmazlıqlardan, qarşıda duran vəzifələrdən danışdı.
Sonra hesabat məruzəsi ətrafında çıxışlar olmuşdur. Şəhər Təhsil Şöbəsinin müdiri Raquf Mirzəyev, Paylayıcı Elektrik Şəbəkəsinin rəis əvəzi Ziya Quliyev, Su-kanal idarəsinin rəisi Sabir Həsənov, Qaz istismar idarəsinin rəis əvəzi Namiq Tarverdiyev təmsil etdkiləri qurumların hesabat dövründəki fəaliyyətləri barədə danışmış, əhalinin işıq, su, qazla daha yüksək səviyyədə və fasiləsiz təmin olunması istiqamətində həyata keçirilən layihələrdən söz açmışlar.
Hesabat yığıncağının sonunda qərar qəbul olunmuşdur.

 

Keçidlər