Şriftin ölçüsü :

Saytın rəngi :

18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə Yevlax Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub

18 may 2026 | 16:50
18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə Yevlax Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə Yevlax Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunmuşdur. Ekskursiyada Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının, YAP Yevlax rayon təşkilatının, Gənclər və idman sektorunun əməkdaşları, təhsil, mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər.
Ekskursiya zamanı iştirakçılar muzeydə qorunub saxlanılan, Azərbaycanın müxtəlif tarixi dövrlərini əks etdirən zəngin eksponatlarla tanış olublar. Tarixi əşyalar, arxeoloji tapıntılar, etnoqrafik nümunələr və digər dəyərli materiallar, muzey əməkdaşları tərəfindən təqdim olunan ətraflı məlumatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb, onların tarixi biliklərinin daha da zənginləşməsinə töhfə verib.
Keçidlər