“HEYDƏR ƏLİYEV-93″
Aprelin 22-də Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı “Mədəniyyət” məhəlli ilk partiya təşkilatı ilə birlikdə ulu öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirmişdir. Mədəniyyət Mərkəzinin geniş akt zalında keçirilən tədbiri Heydər Əliyev sarayının direktoru, “Mədəniyyət” məhəlli ilk partiya təşkilatının sədri Seymur Novruzov açdı. Tədbir iştirakçıları ilk öncə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra əbədiyaşar rəhbərin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film göstərildi. Ulu öndərin həyatının müxtəlif məqamlarını əks etdirən film ən şirin və unudulmaz hisslər oyatdı.
“Mədəniyyət” məhəlli ilk partiya təşkilatı idarə heyətinin üzvü Rafiq Məmmədov öz çıxışına ulu öndərin Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən danışmaqla başladı. Xüsusilə vurğuladı ki, hələ sovet dönəmində ulu öndər Azərbaycan mədəniyyətinin inkişafına misli görünməmiş xidmət göstərmişdir. Xalqımızın qədim mədəniyyətini, adət- ənənəsini, zəngin milli irsini özündə ehtiva edən sənət əsərlərinin ekranlaşdırılmasına nail olmuş, görkəmli elm, incəsənət xadimlərinin. şair və ədiblərimizin dünya səviyyəsində tanınmasına misilsiz töhfələr bəxş etmişdir. Ulu öndərin xalq və vətən qarşısındakı əvəzsiz xidmətlərindən biri də “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi dastanlarımızın, tarixi şəxsiyyətlərimizin ekranlaşdırılması, ölməz şairimiz Hüseyn Cavidin nəşinin qürbətdən doğma yurduna gətirlməsi, adlarının əbədiləşdirilməsidir.
Bu gün böyük coşqu və iftixarla doğum gününü qeyd etdiyimiz dahi şəxsiyyət haq- qında danışan Mədəniyyət Mərkəzinin direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev isə Heydər Əliyev zəkasına, Heydər Əliyev dühasına hətta əzəli düşmənlərimiz olan ermənilərin də həsəd apardıqlarını diqqətə çatdırdı. Dünyanın ən tanınmış siyasət adamlarının ulu öndərimizin ünvanına səsləndirdikləri fikirlərdən nümunələr gətirdi.
“Mədəniyyət” məhəlli ilk partiya təşkilatının Gənclər Birliyinin sədri Şahin Qarayev, Heydər Əliyev sarayının metodisti Aida Nəbi- yeva və başqaları öz çıxışlarında yekdilliklə bildirdilər ki, ömrünü Azərbaycan xalqının, dövlətçiliyimizin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətləri ilə seçilən Heydər Əliyev siyasət aləminin korifeyi, bənzərsiz bir şəxsiyyət idi. Rəhbərin işıqlı və nurlu xatirəsi daim xalqımızın qəlbində yaşayacaqdır.
Tədbiri yekunlaşdıran YAP Yevlax rayon təşkilatınını aparat rəhbəri Əli Quliyev qürur hissi ilə qeyd etdi ki, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider haqqında cild-cild kitablar yazılsa, ibrətamiz və ülvi alqışlar səsləndirilsə də azdır. Heydər Əliyev dühası əlçatmaz bir zirvədir. Sağlığında milyonlarla insanın rəğbət və məhəbbətini qazanmış şəxsiyyətin əbədiyyətə qovuşduğu tarixdən zaman keçdikcə onun bö- yüklüyü və əzəməti daha aydın görünür.
Tədbirin sonunda iştirakçılara ulu öndərin qısa tərcümeyi-halını əks etdirən bukletlər paylandı və bir qrup gəncə iştirakçıların təntənəli alqışları altındaYeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olundu.