Şriftin ölçüsü :

Saytın rəngi :

TORPAQ UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR

05 aprel 2016 | 16:00

Məlum olduğu kimi,  martın 27-də Ermənistan  silahlı qüvvələrinin bölmələri növbəti dəfə Qazax rayonu istiqamətində dövlət sərhəddimizi pozaraq  ölkəmizin ərazisinə soxulmağa cəhd  ediblər. Lakin  Silahlı Qüvvələrimizin əsgərlərinin sayıqlığı nəticəsində düşmən çoxlu itkilərə məruz  qalaraq geri  çəkilməyə məcbur olub. Baş verən silahlı toqquşmalar zamanı Silahlı  Qüvvələrin əsgəri həmyerlimiz, Qaraoğlan kənd sakini Hacıyev Qəfərəli  İntiqam oğlu qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə şəhid həmyerlimiz ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medali lə təltif olunub. Şəhid Qəfərəli İntiqam oğlu doğulduğu Qaraoğlan kənd məzarlığında əsğərlərin yaylım atəşindən sonra torpağa  tapşırılıb. Dəfn mərasimində Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov, Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax şəhər şöbəsinin şəxsi heyəti, prokurorluq, hüquq-mühafizə orqanlarının rəhbərləri. idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri həmçinin şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib. Mərasim iştirakçıları Vətənimizin ərazi bütövlüyünü qorumaq  uğrunda döyüşdə qəhrəmanlıqla həlak olmuş həmyerlimizin valideynlərinə dərin hüznlə başsağlığı verərək onların kədərini bütövlükdə hər birimizin, bütün Azərbaycan xalqının kədəri kimi dəyərləndiriblər. Allah rəhmət eləsin!

Keçidlər